09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
"Alimin və mütəfəkkirin ömrünün səhifələri"
Tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor Eldar Məmmədbəylinin anadan olmasının 80 illiyinə həsr edilmiş "Alimin və mütəfəkkirin ömrünün səhifələri" (Bakı:Müəllim,2021) kitabında mənim də yazım yer alıb. Yubilyarı təbrik edir, uğurlar arzulayıram.
Bölməyə aid digər xəbərlər
Tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor Eldar Məmmədbəylinin anadan olmasının 80 illiyinə həsr edilmiş "Alimin və mütəfəkkirin ömrünün səhifələri" (Bakı:Müəllim,2021) kitabında mənim də yazım yer alıb. Yubilyarı təbrik edir, uğurlar arzulayıram.Xalaoğlu Eldar müəllim!!!
20 ilə yaxın bir müddətdə tanıdığım Eldar müəllimlə heç bir bioloji qohumluğumuz yoxdur. Amma uzun illərdir ki, bir-birimizə xalaoğlu deyə müraciət edirik. Eldar müəllim yaxın dostum, görkəmli psixoloq alim, psixologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ramiz Əliyevin doğmaca xalası oğludur. Ramiz müəllim onu neçə səmimiyyətlə xalaoğlu deyə çağırırsa, mən də eyni səmimiyyət, hörmət və ehtiramla ona xalaoğlu deyə müraciət edirəm. Eldar müəllimin xalaoğlanları, əmioğlanları, qohumları və dostları çoxdur. Hesab edirəm ki, onun dostlarının sayı bioloji qohumlarının sayından dəfələrlə çoxdur. O, öz istedadı, zəhmətkeşliyi, elmi fədakarlığı, insani keyfiyyətləri, humanizmi ilə insanların qəlbinə yol tapıb, orada əbədilik taxt qurub. Onun dostları içərisində Moskvada, Kiyevdə, Tbilisidə, Daşkənddə yaşayan tanınmış alimlər, milli azadlıq mücahidləri, tələbələri, həmkarları, sadə və zəhmətkeş kənd insanları üstünlük təşkil edir. Eldar müəllim üçün vəzifə, status, şan-şöhrət yox, insanlıq əsas amildir. Əqli, əxlaqı və ruhu sağlam olanlar, millətini, xalqını, dövlətini və dövlətçiliyini sevənlər, öz ruzisini halal zəhməti ilə qazananlar, zəkalı və istedadlı insanlar onun dostudur. Eldar müəllimin ömrünün bəzəyi olan əxlaqi keyfiyyətləri içərisində ən mühümü, fikrimizcə, onun dostcanlı olmasıdır. Ona görə də hesab edirəm ki, 80 illik mənalı və şərəfli bir ömür yaşayan Eldar müəllimin ad günü-şad günü həm də dostları üçün yadda qalan günlərdən biridir. Eldar müəllim 80 illik ömür zirvəsindən dönüb arxaya baxanda qürurlanmağa, fəxr etməyə mənəvi haqqı olan alimlərdən biridir.O, nəinki Azərbaycanda, həm də yaxın və uzaq xaricdə yaxşı tanınan kimyaçı alimdir. Allah-təala ona gözəl, adlı-sanlı nəsil-nəcabət və zəhmətkeşlik bəxş edib. Gədəbəyin Arısu kəndində el ağsaqqalı Hüseynqulu kişinin ailəsində dünyaya gələn Eldar müəllim həmyaşıdları kimi məktəbə getsə də, həmyaşıdları kimi oxumayıb. Gecəsini gündüzünə qataraq çalışıb, kimyanın, biologiyanın, fizikanın sehrində yatıb-durub. Müəllimlərinin gözündə ümidə, işığa çevrilib, əməksevərliyi, çalışqanlığı və zəhmətkeşliyi ilə fərqlənib.
1957-ci ildə Gədəbəy rayonunun Miskinli kəndindən pərvazlanaraq Bakıya üz tutub. 1960-cı ildə Azərbaycan Tibb İnstitutunun Əcsazılıq fakültəsinə qəbul olunub. Müqəddəs tələbə adını qazanmaqla elinə-obasına, ailəsinə sevinc bəxş edib. 1965-ci ildə ali təhsilini başa vuraraq böyük elm dünyasına qovuşmaq məqsədilə Azərbaycan SSR EA HKPİ-nin aspiranturasına daxil olub. Azərbaycan SSR EA Həyasət Heyətinin qərarı ilə SSRİ EA Kimyəvi -Fizika İnstitutuna göndərilib. Burada o, sözün həqiqi mənasında böyük elmi məktəb keçib, dünya şöhrətli almlərdən dərs alıb, onlarla birlikdə təcrübə-sınaq işlərində iştirak edib. Elmi axtarışları uğurla nəticələnib. 1978-ci ildə SSRİ EA-nın Elementüzvi Birləşmələr İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi elm dərəcəsi alıb. 1986-cı ildə ona baş elmi işçi elmi adı verilib. Ayrı –ayrı elmi tədqiqat və təhsil müəssisələrində çalışmaqla yanaşı elmi axtarışlarını davam etdirib. 2004-cü ildə BDU-nun nəzdindəki İxtisaslaşdırımış Dissertasiya Şurasında doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi alıb. Dissertasiya işinin aktuallığı, elmi yeniliyi həm Azərbaycan, həm də Rusiya alimləri tərəfindən təqdir edilmiş, dünyanın məşhur alimləri öz əsərlərində onun tədqiqatlarını istinad kimi göstərmişlər. Aldığı elmi yeniliklər Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın bülletenində ən yaxşı elmi iş kimi çap olunmuşdur.
Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində sistemli şəkildə elmlə məşğul olmaq olduqca çətin idi. Həmin dövr olduqca qeyri-stabil idi. Milli müstəqillik uğrunda mübarzə aparan Azərbaycan xalqı hər gün şəhidlər verirdi. Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündən-günə alovlanırdı. Rusiya Azərbycanda gedən milli hərəkatı boğmaq üçün müxtəlif planlar qururdu. 20 yavar 1990-cı ildə SSRİ Ordusunun Bakıya daxil olması, dinc əhaliyə divan tutması millətin azadlıq istəklərini daha da alovlandırdı.Millət yalın əllə sinələrini rus tanklarının qarşısına sipər etdi. Ziyalılar bu vəhşiləyə qarşı etiraz edir, mitinqlər təşkil edir, xalqı mübarizəyə səsləyirdilər. Həmin mübariz ziyalılardan biri də Eldar müəllim idi. O, həm də qələmi ilə, siyasi məqalə və çıxışları ilə düşmənə qarşı vuruşurdu. Hakimiyyətdə təmsil olunan milli qüvvələrin düzgün olmayan siyasəti milləti daha təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Xalqın təkidli tələbi ilə Ulu Öndər H.Əliyev siyasi hakimiyyətə gəldi. Ölkənin başı üzərindəki qara buludlar çəkilmək bilmirdi: hakimiyyətə qarşı təxribatlar, çevrilişə cəhdlər davam edirdi. H.Əliyevi rəhbərliyi ilə ölkədə 90-cı illərin ikinci yarısında stabillik yaranmağa başladı, tənəzzüldən tərəqqiyə keçid baş verdi. Belə bir qarışıq dövrdə Eldar müəllim tədqiqatlarını davam etdirməsi, sevimli işində ayrılmaması əsl fədakarlıq nümunəsi idi. Halbuki həmin dövrdə onun həmkarlarının bir çoxu elmdən uzaqlaşdılar, ya Türkiyə və İran universitetlərinə işləmək üçün dəvət aldılar, ya da tamamilkə başqa sahəyə keçdilər. Belə bir dövrdə Eldar müəllim öz sevimli işindən ayrılmadı, Azərbaycanda, Rusiyada və Avropada tədqiqatının nəticələri ilə bağlı silsilə məqalələr nəşr etdirdi.
Geniş elmi erudisiya malik olan Eldar Məmmədbəyli Azərbaycanda və xarici ölkələrin nüfuzlu jurnallarında nəşr olunan 470-dən artıq elmi əsərin, 13 müəlliflik Şəhadətnaməsinin müəllifidir. O, həm də şeir, sənət və söz adamıdır. İndiyə kimi onlarlarla maraqlı hekayəsi, şeirləri və publiastik yazıları işıq üzü görüb.
İnsanların yaddaşında qalmaq üçün ona bəxş edilən ömrün qısa və uzun olması o qədər də əhəmiyyət daşımır. Əsas Allah-təalının bəxş etdiyi ömrü şərəflə və ləqaqətlə yaşamaqdır. Eldar müəllimin Gədəbəyin Arısu kəndindən başlanan 80 illik ömür kitabının hər səhifəsi zəhmətlə, əziyyətlə, amma şərəf və ləyaqətlə yazılıb. Müəllifi kimya elmləri doktoru, professor Eldar Hüseynqulu oğlu Məmmədbəyli olan bu kitabı oxumağa dəyər. Bu kitab ləyaqətli, səmimi və xeyirxah bir insanın, ömrünün mənalı illərini elmə həsr edən tanınmış kimyaçı alimin, xoşxasiyyət babanın, elin-obanın xeyirinin, şərinin yarışığı olan el ağsaqqalının, yaxşı bir dostun uğur hekayəsidir. Uğurların bol olsun, Eldar müəllim! 80 illik yubileyin mübarək! Doqquzuncu onillyin xoş gəlsin!!!
Fərrux Rüstəmov,
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
Tarix: 18-01-2021, 21:39 Oxunub: 3 554
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
18-09-2020, 00:06
Mehdiyevin dövlətə qarşı dirəniş çağırışı – Sensasion məqalə
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
21-10-2020, 01:07
Vasif Bəşirov-Megapol Sağlamlıq Mərkəzində pasientlərin etimadını qazanan psixoloq
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
19-12-2020, 20:25
Diri-diri basdırılan XALQ ARTİSTİMİZ
13-07-2020, 13:12
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı” - FOTO

















