Bu yollar bağlanacaq

27 iyul saat 23:00-dan 28 iyul saat 14:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindəki dairədə aparılan təmir işləri ilə əlaqədar sözügedən yola Ziya Bünyadov, Fətəli xan Xoyski prospektləri və Aşıq Molla Cümə, Ağa Nemətulla küçələrindən avtonəqliyyat vasitələri ilə giriş-çıxışı tam məhdudlaşdırılacaq. Bu barədə  AAYDA məlumat yayıb.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” , - məlumatda qeyd olunur.


Tarix: 27-07-2024, 20:37 Oxunub: 416


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031