ANAMA 4 xarici qurumla memorandum imzaladı



Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) xarici ölkələri təmsil edən dörd təşkilatla Anlaşma Memorandumları imzalayıb.
 
İmzalanma mərasimi Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans çərçivəsində baş tutub.
Belə ki, ANAMA İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (Türkiyə), “Enerqotransproyekt” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC (Rusiya), Türk QHT İnsani Mayın Faaliyeti Derneği (Türkiyə) və Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatları ilə müvafiq sazişləri imzalayıb.

qafqazinfo


Tarix: 1-04-2022, 15:10 Oxunub: 502


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031