Qubada hamilə qadın dəm qazından öldü

   Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib. Hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
    Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
    Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var. Faktla bağlı araşdırma aparılır.


Tarix: 29-03-2024, 23:33 Oxunub: 747


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031