Şəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər

Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər poliklinikasında qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.

Vətəndaşlar artıq 15 gündür bununla bağlı poliklinikaya gəlib-getsələr də lazımı preparatlarla təmin olunmadıqlarını iddia ediblər. Onlar şəkərli diabet xəstələri üçün nəzərdə tutulan preparatların apteklərdə kifayət qədər olduğunu bildiriblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib ki, yaxın günlərdə həm Bakı, həm də bölgə poliklinikalarında şəkərli diabet xəstələrinin qarşılaşdıqları problem aradan qaldırılacaq.


Tarix: 16-05-2024, 11:59 Oxunub: 526


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031