Bakıda məktəbin həyətində kütləvi davada 2 nəfər bıçaqlanıb

    Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.
Aldığımız məlumata görə hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.
2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

APA


Tarix: 12-06-2023, 11:36 Oxunub: 377


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031