İntihara cəhd edən məktəb direktoru işdən çıxarıldı - FOTOLAR

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumatı APA-ya təsdiqləyiblər.
Onun hansı səbəbdən işdən çıxarıldığı hələlik məlum deyil.
Qeyd edək ki, bir müddət öncə Mətanət Qarayevanın təhsil idarəsinin təzyiqləri səbəbindən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.


Tarix: 5-11-2022, 10:32 Oxunub: 342


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031