Qəbul planı 100 faiz dolan ali məktəblər açıqlandı - SİYAHI


Qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.
Bu barədə   Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 6 ali məktəbdə bütün yerlər dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasıdır.
Eyni zamanda subbakalavrların ən çox qəbul olduğu ali təhsil müəssisələri də açıqlanıb.
Bunlar Mingəçevir Dövlət Universiteti (475 nəfər), Bakı Biznes Universiteti (396 nəfər), Azərbaycan Texnologiya Universiteti (360 nəfər), Lənkəran Dövlət Universiteti (319 nəfər), Azərbaycan Dövlət Aqrar Universiteti (311 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetidir (310 nəfər).
apa


Tarix: 2-09-2022, 08:04 Oxunub: 275


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930