Şəkidə “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirildi

      Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirilmişdir.

     Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə 24 aprel 2026-ci il tarixində Şəki Dövlət Regional Kollecində keçirilmişdir.

     Oyunda 12 komanda iştirak etmişdir.

   Onlardan:

 1-ci yerə - ADPU-nin Şəki filialının "NATO" komandası,

 2-ci yerə - Şəki Dövlət Regional Kollecinin  "GAME LOVER" komandası,

 3-cü yerə -Şəki Dövlət Peşə Təhsil Mərkəzinin  "XƏMSƏ" komandası layiq görülmüşdür.

     Oyunda 70 nəfər iştirak etmişdir. 

    Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin kubok və xatirə hədiyyələri ilə  mükafatlandırılmışdır.



Tarix: 29-04-2026, 21:28 Oxunub: 401


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930