Aqrar Tədqiqatlar Mərkəzinin direktoru dəyişib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə (ATM) yeni direktor təyin olunub. Bu, Rəşad Hüseynovdur.

O, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini olub və yeni vəzifəsində Firdovsi Fikrətzadəni əvəz edib. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş F.Fikrətzadə iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.
 
R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-2015-ci ildə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.
 
İngilis, alman və rus dillərini bilir. Ailəlidir, üç övladı var.


Tarix: 17-07-2024, 12:32 Oxunub: 326


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031