Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlərlə görüşdü

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax, Ağstafa, Tovuz rayonları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri və onların valideynləri ilə görüşüb.
 
Universitetdən bildirilib ki, rektor Qarabağ Universiteti haqqında ətraflı məlumat verərək tələbə qəbulu aparılan ixtisaslar, ali təhsil müəssisəsində tətbiq olunacaq xüsusi güzəştlər, yerli və beynəlxalq mübadilə proqramları barədə danışıb.
 
Böyük maraqla qarşılanan təqdimatdan sonra Şahin Bayramov abituriyentləri maraqlandıran sualları cavablandırıb.
 
Qeyd edək ki, tədbirdə 450 abituriyent iştirak edib.


Tarix: 11-07-2024, 12:19 Oxunub: 382


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031