Ermənistan ordusunun əsgəri Ermənistan tərəfinə təhvil veriləcək...

Ermənistan ordusunun əsgəri Eduard Arturovic Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək.
Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zengilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.
Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.
Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytanılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib.


 Caliber.Az


Tarix: 25-05-2022, 14:39 Oxunub: 351


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031