Ermənistanın hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin kimi qeydiyyata alınıb

“01.08.2024-cü il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, onlardan 3953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.


Tarix: 3-08-2024, 13:09 Oxunub: 371


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031