Qalstanyan maşınsız qalan Şahramanyana “Lexus” bağışladı

İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.

“Sputnik Ermənistan”a istinadən, buna cavab olaraq Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz avtomobilini Samvel Şahramanyana hədiyyə edib. 

Məlumata görə, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək “Lexus” markalı avtomobilini Şamramanyana verib. Tavuş yeparxiyasının rəhbəri baş verənləri qəbuledilməz adlandırıb. 

Qeyd edilib ki, sözügedən avtomobil daha əvvəllər Qalstanyanın postlara erməni hərbçiləri ziyarətə getməsi üçün hədiyyə edilmişdi.


Tarix: 22-06-2024, 10:24 Oxunub: 297


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031