Norveç rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoydu

Norveç Ukraynada davam edən müharibə səbəbindən rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyub. Bu gün qüvvəyə minən qərara əsasən, turizm və digər “birinci dərəcəli əhəmiyyət daşımayan” məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.
 
Qərar digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq. Rusiyanın Oslodakı səfirliyi Norveç hakimiyyətinin qərarını qeyri-dost və siyasi motivli ayrı-seçkilik addımı adlandırıb.
 
Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.


Tarix: 29-05-2024, 15:46 Oxunub: 258


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031