18:27 / 08-10-2026
Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
Biz yenə də təəssüflənməyəcəyik - Rəna Bayramova
Ölkəmizin Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın daim genişləndirilməsinə tərəfdardır.
Xatırladaq ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır. Dövlətimizin başçısı alman iş adamları ilə 2023-cü ildə Berlində, bu yaxınlarda isə Münxendə görüşlər keçirmişdir. Bu il fevralın 28-də Möhtərəm Prezidentimiz Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi böyük nümayəndə heyətini iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün qəbul etmişdir. Qeyd etmək lazımdır ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını və Almaniya biznes dairələri və şirkətlərinin bu gündəliyə böyük töhfələrini verməyə hazır olduqlarını nümayiş etdirməkdən ibarətdir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Möhtərəm Prezident İlham Əliyev cənabları vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti - Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Dövlət Başçımız böyük əminliklə vurğuladı ki, Azərbaycan özünü təmin edən ölkədir və ölkəmizdə gedən proseslər, həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər
Ölkəmizin Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın daim genişləndirilməsinə tərəfdardır.Xatırladaq ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır. Dövlətimizin başçısı alman iş adamları ilə 2023-cü ildə Berlində, bu yaxınlarda isə Münxendə görüşlər keçirmişdir. Bu il fevralın 28-də Möhtərəm Prezidentimiz Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi böyük nümayəndə heyətini iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün qəbul etmişdir. Qeyd etmək lazımdır ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını və Almaniya biznes dairələri və şirkətlərinin bu gündəliyə böyük töhfələrini verməyə hazır olduqlarını nümayiş etdirməkdən ibarətdir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Möhtərəm Prezident İlham Əliyev cənabları vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti - Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Dövlət Başçımız böyük əminliklə vurğuladı ki, Azərbaycan özünü təmin edən ölkədir və ölkəmizdə gedən proseslər, həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Tarix: 6-03-2024, 10:26 Oxunub: 205
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
17-03-2023, 18:13
"Azərbaycan - Almaniya münasibətləri inkişafdadır " - Çingiz Məmmədov
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
18-12-2020, 18:19
İtaliya ilə Azərbaycan arasında Qarabağla bağlı MÜQAVİLƏ İMZALANDI
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
19-07-2022, 13:16
Prezident Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrini qəbul edib - YENİLƏNDİ
17-03-2023, 10:08
"Gələcək inkişaf üçün böyük imkanlar yaranır" - Anar Nəbiyev
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26-08-2022, 07:57
Mehriban Əliyevanın doğum günüdür
19-05-2022, 15:09
"Müstəqil Azərbaycanın beynəlxalq aləmdə əlaqələri günbəgün genişlənməkdədir" - ANAR NƏBİYEV
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
25-06-2022, 00:49
"Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır" - Anar Nəbiyev
22-02-2023, 11:31
"Dünyaya sülh və təhlükəsizlik gərəkdir" -Gövhər Rəhimova
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
















