09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
05:36 / 05-10-2026
Müəllimlik dünyada ən çətin, ən şərəfli peşədir
07:23 / 03-10-2026
Oğuzda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib
15:13 / 01-10-2026
Babək Vələdov: İlk azad edilən şəhər
13:34 / 01-10-2026
Anar Nəbiyev: "Biz bu gün xalqımızın yeni tarixini yazırıq"
09:31 / 01-10-2026
Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr
06:05 / 01-10-2026
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
17:34 / 30-09-2026
Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
14:17 / 30-09-2026
Anar Nəbiyev: "Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu"
14:09 / 30-09-2026
"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir" - Mürvət Qədimoğlu Həkəri
12:41 / 30-09-2026
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
14:57 / 28-09-2026
Polad Ağakişiyev: İqtisadi imkanlar şaxələndirilir
10:21 / 28-09-2026
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur
11:59 / 25-09-2026
Anar Nəbiyev: Bu tarix əbədi yaşayacaq
11:13 / 24-09-2026
Anar Nəbiyev: Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
08:43 / 24-09-2026
Paşa Hadıyev: Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
15:35 / 23-09-2026
Asəf Salmanov: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq"
14:51 / 21-09-2026
Cavahir Əhmədova: Uğurlu siyasətin böyük nailiyyəti
11:46 / 21-09-2026
Anar Nəbiyev: Biz çox geniş coğrafi məkanda yerləşirik
09:16 / 21-09-2026
Çingiz Məmmədov - "Birliyin, həmrəyliyin təzahürü"
21:48 / 20-09-2026
Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?
19:02 / 19-09-2026
Surə Qasımlı - "NİKAH MÜQAVİLƏSİ VƏ ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ"
06:14 / 19-09-2026
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
06:09 / 19-09-2026
Bakıda və Sumqayıtda ağacları qanunsuz kəsdilər: Təbiətə 40 min manata yaxın ziyan vuruldu
05:51 / 19-09-2026
DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO
19:36 / 18-09-2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır?! - ARAŞDIRMA
14:55 / 18-09-2026
Anar Nəbiyev: "Birliyin nümunəsi"
Dr. Kəmalə Şirinova sonsuzlugun yaranma səbəbləri, diaqnostikası, qadınlarda sonsuzluq riskini artıran amillər və sonsuzluğun müalicəsi haqqında müsahibə verdi
Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir.
Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir.
Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur.
Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir. USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir.
Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir
Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir.
-Qadınlarda sonsuzluq riskini artıran amillər hansılardır?
Qadının nəsilartırma qabiliyyətini endirən amillər:
Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.
Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
Yaşı 35-dən az olan qadın heç olmasa bir il ərzində hamilə olmağa cəhd etməlidir. Yaşı 35-dən çox olan qadınlara isə yarım il ərzində uğursuz cəhdlərdən sonra həkimə müraciət etmək məsləhət görülür. 30 yaşından sonra qadının nəsilartırma qabiliyyəti ildən ilə sürətlə azalır.
Bəzi sağlamlıq problemləri sonsuzluq ehtimalını artırır və qadın bunları həkimlə müzakirə etməlidir:
Sonsuzlugun müalicə üsulları hansılardır?
Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.
Sonsuzluğun müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına əsaslanır:
– hər iki borunun tam tutulması zamanı cərrahi əməliyyat;
– 1 və ya hər iki borunun hissəvi bağlanmasında boruların yuyulması və bununla yanaşı medikamentoz müalicə, sonra isə təkrar HSQ (histerosalpinqoqrafiya);
– kiçik miomalar, follikulyar və ya hemorragik (qansızmalı) kistalardə dərman müalicəsi;
– iri ölçülü miomalar, endometrial poliplərdə cərrahi yol;
– yumurtalığın polikistozunda hormonal müalicə;
– cinsi infeksiyalar aşkarlandıqda, müvafiq dərmanların tətbiqi;
– kişilərdə varikosele olduqda cərrahi əməliyyat;
– prostat vəzinin konservativ (dərmanla) müalicəsi, adenoma varsa kəsilməsi.
Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın.
Bölməyə aid digər xəbərlər
Müsahibim 1N-li dəmir yol Poliklinikasının Ginekologiya şöbəsinin müdiri, mama-ginekoloq Dr. Kəmalə Şirinovadır. Həkimlə sonsuzlugun yaranma səbəbləri, diaqnostikası, qadınlarda sonsuzluq riskini artıran amillər və sonsuzluğun müalicəsi haqqında danışacayıq.
-Sonsuzluq nədir?
Ümumilikdə övlad sahibi olmaq istəyən cütlüklərin qorunma üsullarından istifadə etməmələrinə və davamlı olaraq cinsi əlaqədə olmalarına baxmayaraq 1 ildən çox müddətdə övlad sahibi ola bilməmələri sonsuzluq olaraq adlandırılır. Əgər qorunmasız 1 il ərzində övlad sahibi olmayan cütlüklər otuzlu yaşlara çatıblarsa, mütləq həkimə müraciət etməlidirlər.
-Qadın sonsuzluğu və onu yaradan səbəblər hansılardır?
Qadın sonsuzluğunun ən çox rast gəlinən səbəbləri arasında yumurtalama problemləri, uşaqlıq borularının və ya uşaqlığın zədəli olması və ya uşaqlıq boynu problemləri mövcuddur. Yaş da sonsuzluqda rol oynayır, çünki qadın yaşa dolduqca onun dünyaya uşaq gətirmə qabiliyyətində, yəni reproduktiv funksiyasında azalma müşahidə olunur.
-Qadın sonsuzluğunu təyin etmək üçün hansı diaqnostik üsullrdan istifadə olunur?
Sonsuzluğun diaqnostikası üçün anamnez toplanması və ginekoloji müayinədən başqa, bir sıra test və tədqiqatlar tələb olunur:Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir.
Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir.
Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur.
Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir. USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir.
Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir
Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir.
-Qadınlarda sonsuzluq riskini artıran amillər hansılardır?
Qadının nəsilartırma qabiliyyətini endirən amillər:
Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.
Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
- Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
- Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
- Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
- Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
- Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
- Tütünçəkmə
- Spirtli içkilərin qəbulu
- Bədən çəkisinin həddindən çox artması və ya azalması
- Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress
Yaşı 35-dən az olan qadın heç olmasa bir il ərzində hamilə olmağa cəhd etməlidir. Yaşı 35-dən çox olan qadınlara isə yarım il ərzində uğursuz cəhdlərdən sonra həkimə müraciət etmək məsləhət görülür. 30 yaşından sonra qadının nəsilartırma qabiliyyəti ildən ilə sürətlə azalır.
Bəzi sağlamlıq problemləri sonsuzluq ehtimalını artırır və qadın bunları həkimlə müzakirə etməlidir:
- Qeyri-müntəzəm aybaşılar
- Həddindən artıq ağrılı aybaşılar
- Endometrioz
- Çanaq orqanlarının iltihab xəstəlikləri
- Əvvəlki hamiləliklər zamanı birdən çox düşüyün və ya spontan abortun baş verməsi
Sonsuzlugun müalicə üsulları hansılardır?
Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.
Sonsuzluğun müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına əsaslanır:
– hər iki borunun tam tutulması zamanı cərrahi əməliyyat;
– 1 və ya hər iki borunun hissəvi bağlanmasında boruların yuyulması və bununla yanaşı medikamentoz müalicə, sonra isə təkrar HSQ (histerosalpinqoqrafiya);
– kiçik miomalar, follikulyar və ya hemorragik (qansızmalı) kistalardə dərman müalicəsi;
– iri ölçülü miomalar, endometrial poliplərdə cərrahi yol;
– yumurtalığın polikistozunda hormonal müalicə;
– cinsi infeksiyalar aşkarlandıqda, müvafiq dərmanların tətbiqi;
– kişilərdə varikosele olduqda cərrahi əməliyyat;
– prostat vəzinin konservativ (dərmanla) müalicəsi, adenoma varsa kəsilməsi.
Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın.
Tarix: 5-11-2020, 19:36 Oxunub: 1 814
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
9-10-2020, 08:23
Dr. Aynur Cavadova ilə müsahibə
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-10-2020, 23:44
Dr. Nigar Əliyeva - Uzunmüddətli qanaxmalar çox təhlükəlidir.
18-09-2020, 00:23
Peşəkar Səhiyyə İşçisi
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
1-11-2020, 21:10
Dr. Gülnarə Həmidova ilə müsahibə
7-09-2020, 10:06
Azərbaycanda hepatit xəstəliyi tam müalicə olunur
27-10-2020, 09:23
QanunXəbər.com İnformasiya agentliyinin müsahibi 9 saylı Uşaq Poliklinikasının həkim-Otorinolorinqoloqu Gülnar Əhmədovadır.
21-09-2020, 00:42
atia.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Natella Vəkilovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
13-10-2020, 21:22
Müsahibim Ə. Qarayev adına Uşaq kliniki xəstəxanasının məsləhətçisi, tibb elmləri doktoru, professor Hüseynağa Qurbanovdur.
24-07-2020, 12:39
Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı
















