Yağışdan sonra yaranan sel nəticəsində 7 nəfər həyatını itirib

     İyunun 14-ü axşam saatlarında Güney Azərbaycanın Germi və Biləsuvar bölgəsində güclü yağışdan sonra yaranan sel nəticəsində 7 nəfər həyatını itirib.
    Bu barədə Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
    Ölənlərdən dördünün 7, 8, 12 və 13 yaşlı qız uşaqları olduğu bildirilib.
Həmçinin, sel bölgə əhalisinə külli miqdarda zərər vurub. Yüzlərlə mal-qara tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.
Hazırda Germi-Biləsuvar yolu bağlanıb. Nəqliyyatın hərəkəti mümkün olmadığı üçün həmin bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.


Tarix: 16-06-2023, 11:19 Oxunub: 336


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031