Qazaxda üçüncü mərtəbədən yıxılan yeniyetmənin beli sınıb

    Qazax rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qızın beli sınıb.
 2009-cu il təvəllüdlü Əsədova Günel Qabil qızı ehtiyatsızlıqdan yaşadığı evin 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.


Tarix: 16-02-2023, 10:56 Oxunub: 1 028


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031