Abşeronda avtoxuliqanlıq edən sürücü qəza törədib, xəsarət alanlar var - FOTOLAR

      Xırdalan şəhərində üç avtomobil qəzaya uğrayıb.
     Hadisə Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində baş verib.
“Tofaş” markalı nəqliyyat vasitəsini idarə edən sürücü manevr qaydalarını pozaraq prospektdən Zərifə Əliyeva küçəsinə daxil olub. Bu zaman onun maşını yol kənarında dayanan “Toyota” markalı avtomobilə çırpılıb.
     Daha sonra “Tofaş” əks yolda olan digər “Toyota”ya çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.
    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları APA-nın müxbirinə bildiriblər ki, 77-DP-862 dövlət nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü bir ay ərzində 4 dəfə qəza törədib.


Tarix: 23-10-2022, 06:59 Oxunub: 966


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031