Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələndi...

   Bakının Qaradağ rayonunda iki qonşu arasında avtomobil park etməsi üstündə dava düşüb.
Qobustan qəsəbəsində yaşayan 1990-ci il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.
    Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Tarix: 24-09-2022, 06:02 Oxunub: 274


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031