At sahibinin çənəsini vurub sındırdı... - AĞSTAFADA

  Ağstafa rayonunun Vurğun qəsəbəsində bədbəxt hadisə baş verib.
Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Bayram Həsən oğlu Ələkbərovu yaşadığı evdə özünə məxsus olan ATININ  ayağına nal vurarkən, at onun  çənə nahiyəsindən təpiklə vuraraq çənəsini sındırıb. 
    Xəstə dərhal Ağstafa rayon Mərkəzi Xəstəxananın "Təcili yardım"  şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Hal-hazırda xəstənin vəziyyətinin normal olduğu bildirilir. 
    Xəbəri eşidən media nümayəndələri dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanana üz tutub. Bu zaman xəstəxananın "Mühafizə" işçiləri media nümayəndələrinin çəkilişinə icazə verməyib. 
   Media nümayəndələrinin çəkilişinə icazə verilməməsinin səbəbi məlum olmasa da, görünür ki, ya hadisəni gizlətmək,  yada ki xəstəxananın antisanitariya vəziyyətində  olduğuna görə icazə verilməyib.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 28-08-2022, 23:15 Oxunub: 536


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031