Dünənin məzunu bu gün çayda boğularaq ölüb

Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb.
Hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.
Belə ki, Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.
  Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.
  Faktla bağlı araşdırma aparılır.


Tarix: 15-06-2022, 17:34 Oxunub: 533


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031