Bakıda toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü...

Bakının Nizami rayonunda ağır qəza baş verib.
Hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Zərərçəkən bəyin dayısıdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.


Tarix: 21-02-2022, 08:58 Oxunub: 396


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031