Göygöldə sürücüyə əsassız cərimə yazılıb

     Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır. Alınan məlumatıara görə, şəxsi minik maşını ilə Göygöldən Bakıya gedərkən radara düşən şəxs ona cərimə protokolunun yanlışlıqla tərtib olunduğunu iddia edib.
    O qeyd edib ki, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur. Sürücü bildirib ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir.
    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, cərimənin yazılması texniki səhv olub. Sürücülər isə qeyd ediblər ki, həmin ərazidəki sürətölçən qurğu yoxlanılmalıdır, yoxsa digər sürücülər də belə problemlə üzləşə bilərlər.

Tarix: 27-02-2024, 22:13 Oxunub: 503


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031