Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB



Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınacaq.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.
Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də bayram namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.
Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.


Tarix: 29-04-2022, 13:53 Oxunub: 693


Bölməyə aid digər xəbərlər
13-04-2021, 23:28 Ramazan ayı başladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031