AZƏRBAYCANIN XALQ YAZIÇISI FƏXRİ PROFESSOR SEÇİLDİ

    Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçiliyindən verilən məlumata görə, bu günlərdə   Xalq yazıçısı Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış  deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri olmuş Elmira Axundova Akademiyanın Fəxri Professoru seçilmiş və Qızıl Ulduz  medalı ilə təltif edilmişdir.

Elmira xanım Axundova bu təltiflərə Türk Dünyası ədəbiyyatına və mədəniyyətinə göstərdiyi böyük xidmətlərə görə layiq görülüb.

Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının  publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü seçilmişdir.

12 mart 2020-ci il - 23 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.


Tarix: 7-04-2026, 13:16 Oxunub: 379


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930