Fəxri oxucunun əl işlərinin sərgisi keçirilib

      Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında mütəmadi olaraq oxucuların əl işlərinin sərgiləri təşkil olunur.

     Oxucuların arzurarını nəzərə alaraq, bu gün 19 avqust tarixindəMərkəzi Kitabxananın Fəxri  oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın əl işlərinin sərgisi açıldı. Sərgidə yazıçının ipək, pambıq, yun, flora, favorit və s. saplarla toxunmuş 14 əl işi nümayiş olunur: qızlar üçün su çantası (ipək sap), zənci balası (flora və favorit saplar), ayı balası və qızlar üçün sarı güllü çanta (yun sap), dovşanlar (pambıq sap), klatç (ipək sap), labubular (məxmər, yun saplar), labubunun ruqzaqı uniseks (ipək sap b.

    Sərginin ilk  tamaşaçıları balaca kitabsevərlər, kitabxananın fəal oxucuları – Gülnaz Cəfərli, Aydın Əlizadə və Nərgiz Cəfərli oldular.

     Oxucular yazıçı Ş.İldırımı gözəl səsli hekayələrindən tanıyır. Sərgi kitabxanada bir ay nümayiş etdiriləcək.


Tarix: 19-08-2025, 16:13 Oxunub: 781


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930