"Yerazın çay qutusunda..." - Təbib Məhəmməd Miskinli (H.L.Qorqud)

      Işbaz dəllallar işğal altında olan qərbi Azərbaycan yerlərimizin adına şay istehsalına başladı, 2025-ci ilin əvvəlində.  Çox incə yerə toxundular, Çay qurtaran qutuları zibiliyə atacağıq sonda..   adlarla birgə, bu qədər ucuzlaşdlrmaq olmazdı.. Bundan yaxşısı vazalara, divar şəkillərinı həkk eləsələr daha yaxşı olmazdımı? Qorunub göz bəbəyi kimi saxlanılardı… Dədə Ələsgərin şəklini bir əski parşasına həkk etdikləri kimi. Dayaz adamlar da bununla reklama başlayıb.

Yerazın çay qutusunda,  
Dağıl səni belə dünya.
Dədə baba yurdumuzu,  
Verdik fitnə, felə,  dünya. 
Hər şeyin alverdi,  alver,  
Kimə istəyirsən al, ver.
Təki xərclə, təki pul ver
Aldan, bilə - bilə , dünya..
Tamahımız açıb ayaq,  
Hər şeyi etdik oyuncaq,  
Başımızda çatlayacaq,  
Neçə çanaq hələ, dünya.
Yazır yaddaşa eləyir,
Döndərir daşa, eləyir, 
Bizə tamaşa eləyir, 
Baxır gülə - gülə dünya.


Təbib Məhəmməd Miskinli





Tarix: 16-01-2025, 15:18 Oxunub: 797


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031