Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb. Gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.


Tarix: 8-05-2024, 12:11 Oxunub: 379


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031