Azərbaycanda ofisiant dönərçini bıçaqladı

Göyçayda ofisiant dönərçini bıçaqlayıb.
Hadisə şəhər ərazisində yerləşən kafelərin birində baş verib. Ofisiant işləyən rayon sakini Ələkbər Süleymanov iş yoldaşı, kafedə dönərçi kimi çalışan Mansur Musayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyiin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb: "Zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə - tibbi ekspertizası təyin edilib. Faktla bağlı polis şöbəsində istintaq araşdırmaları davam etdirilir".


Tarix: 29-10-2022, 12:06 Oxunub: 340


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031