Bakıda özünü binadan atan qız öldü

Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.

O, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.

Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo 


Tarix: 5-04-2022, 14:00 Oxunub: 690


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031