Bakıda dələduzluq və oğurluq edənlər tutuldu

Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 1500 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 62 yaşlı Y.İsmayılov, 23 yaşlı S.Kişiyeva və E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların işə düzəltmək vədi ilə, eləcə də alqı-satqı saytlarının birində yerləşdirilən məhsula görə beh almaq kimi üsullarla vətəndaşların maddi vəsaitlərini mənimsəməsi məlum olub.

Bundan başqa rayon ərazisində bir qadının bankomatda unutduğu 300 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı S.İbrahimovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.


Unikal


Tarix: 21-02-2025, 19:26 Oxunub: 737


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031