"Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU

Hədə-qorxu ilə  pul tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Belə ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə yeddi nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Mediaxeberleri.Az





Tarix: 21-02-2025, 08:20 Oxunub: 681


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031