İmişlidə oğurlanan qadın Salyanda tapıldı - Əməliyyat keçirildi, 3 nəfər saxlanıldı

     İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
     ATİA.AZ      "Qaynarinfo"ya istinadən   xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu "Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.
     Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
     Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 4-02-2025, 10:57 Oxunub: 412


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031