Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin Maliyyə uçotu sektorunun mühasib-məsləhətçisinə cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, məmur barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı) maddələri ilə iş başlanılıb.

Müəyyən edilib ki, qurumun mühasibi Gəncədə vəfat etmiş 11 nəfərin məlumatlarını saxtalaşdırıb. O, həmin şəxsləri sağ kimi göstərərək onların bütün pensiya məbləğlərini bir neçə il ərzində öz yaxınlarının adlarına olan kartlara köçürüb. Bu yolla məmur dövlət büdcəsindən 162 min manat pulu gizli şəkildə mənimsəyib.

Onun 2006-cı ildən etibarən bu əməllərlə məşğul olması bilinib.

Faktla bağlı açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Tarix: 13-12-2024, 12:55 Oxunub: 346


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031