Yeyib-içdi, 20 manat borca görə tanışını döydü – HÖKM

   Göygöl Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Malik Məsimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

     Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

     İttihama görə, hadisə bu il Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən “Çinar” kafesində qeydə alınıb.

     Belə ki, Malik Məsimov tanışı, zərərçəkmiş İmran Fərəcov (şərti) və digər dostları ilə pivə içib, nərd oynayıb. Bu zaman onlar mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ondan aldığı 20 manat borc pul olub. Sonra İmran onunla qeyri etik ifadələrlə danışmağa başlayıb. Nəticədə Malik onun sifət nahiyəsindən vuraraq xəsarət yetirib.

     Hadisədən sonra Malik Məsimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Tarix: 5-12-2024, 09:46 Oxunub: 382


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031