Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı

     Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

     Araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
     Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

     Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

Tarix: 5-12-2024, 07:55 Oxunub: 312


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031