Bakıda restorandan 13 min oğurluq oldu

    Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

     Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:
    Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.


Tarix: 6-08-2024, 13:32 Oxunub: 370


Bölməyə aid digər xəbərlər