Toya getmişdi, faciəvi şəkildə öldü

Qazax sakini Ağstafa Su anbarında batıb.

Rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu su anbarının Bala Cəfərli kənd ərazisinə düşən hissəsində çimərkən boğulub. Onun həmin kəndə toy üçün getdiyi bildirilir.

H.Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb. Aidiyyəti üzrə təhvil verilib.


Tarix: 14-07-2024, 22:38 Oxunub: 498


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031