Xırdalanda soyğunçuluq törədən şəxs tutuldu

Xırdalanda soyğunçuluq törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, mayın 23-də Xırdalan şəhəri ərazisində avtomobildə sürücünün sərnişin olan Qobu qəsəbə sakininin 120 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Əlizadə Nəcəfov müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.


Tarix: 29-05-2024, 16:05 Oxunub: 248


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031