Şirvanda qanunsuz quraşdırılan yol nişanları ilə bağlı polis hərəkətə keçdi

“Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları sökülüb”. Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

O qeyd edib ki, daxil olan məlumat əsasında Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları DYP əməkdaşları tərəfindən müəyyən edilərək müvafiq tədbirlər görülüb.

“Bir daha bütün hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, yol nişanlarının qanunsuz olaraq quraşdırılması qadağandır və bu hal məsuliyyət yaradır”, - deyə R.Tağıyev bildirib.


Tarix: 28-04-2024, 22:59 Oxunub: 1 549


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031