Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı

Xaçmazda intihara cəhd hadisəsi olub. Hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib.

Məlumata görə, G.Zeynalovanın qardaşı bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Qadın qardaşının ölümü ilə barışa bilməyib və onun məzarı başında özünü öldürmək istəyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Tarix: 21-04-2024, 10:27 Oxunub: 1 015


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031