Xaçmazda itkin düşən gəncin meyiti tapıldı

    Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.
    Meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.
Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılırdı. Faktla bağlı araşdırma aparılır.


Tarix: 14-03-2024, 18:56 Oxunub: 493


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031