Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

    Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
    Xatırladaq ki, bu gün gecə saatlarında Yevlax rayonunda da 37 yaşlı qadın qətlə yetirilib. Qadının əri şübhəli şəxs qismində saxlanılıb.

Tarix: 2-03-2024, 11:31 Oxunub: 475


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031