Əkin sahəsindən "Kalaşnikov" tapıldı

    Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub. 
   Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.

Tarix: 22-02-2024, 22:39 Oxunub: 379


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031