Bakıda bu küçə müvəqqəti BAĞLANDI - Sürücülərin NƏZƏRİNƏ!


Bakı şəhərinin Nərimanov rayonunda Əlicabbar Orucəliyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunub ki, xətlənmə işləri çərçivəsində Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur. 


KONKRET.az


Tarix: 12-01-2022, 09:06 Oxunub: 352


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031