Baş Prokurorluq dünya çempionunun hökmündən şikayət verdi – RƏSMİ



Baş Prokurorluq “Emin 444” ləqəbli kriminal aləm üzvü Emin Səfərovun ölümü ilə bağlı həbs edilən kikboks üzrə dünya çempionu Zaur Yusifovun bəraət alaraq azadlığa çıxması barədə hökmdən apellyasiya protesti verib.
Mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.
Hökmə əsasən, Zaur Yusifova bəraət verilib, Həsən Tağıyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub.
Zaur Yusifov kikboks üzrə dünya çempionudur.

KONKRET.az


Tarix: 11-11-2021, 16:39 Oxunub: 546


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930