"Qarabağ" Juninyonun yerinə futbolçu tapıb - 1,5 milyon qiyməti var

"Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün çalışmalara başlayıb.

Belə  ki, Ağdam klubu Rumıniyada çıxış edən Yanis Stoykanı transfer etmək istəyir.


"Hermannstadt" klubunun formasını geyinən 22 yaşlı vinger uğrunda iki klubun mübarizə apardığı bildirilir.

Bunlardan biri "Qarabağ", digəri isə "Dinamo Kiyev"dir. Rumıniyanın gənclər millisinin üzvü hücumun hər iki cinahı ilə yanaşı, mərkəzində də oynamağı bacarır. Rumıniya klubu həm "Qarabağ",   həm də "Dinamo Kiyev"dən təklif alsa da, danışıqlar ilkin mərhələdədir.

Yanis Stoykanın "Hermannstadt"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. "Hermannştadt" klubu onun üçün 1,5 milyon avro istəyir.

Tarix: 13-01-2025, 11:35 Oxunub: 3 185


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031