Boksçumuz erməniyə qalib gələrək qızıl medal qazandı

     Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında ermənistanlı idmançıya qalib gələrək qızıl medal qazanıb.
      Belə ki, o, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


      Bu, komandamızın Manamada ilk qızıl medalı olub.

     Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçumuz finalda yarışacaq.


Tarix: 29-10-2024, 13:37 Oxunub: 2 155


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031